Məktəbin kollektivi deputatdan nə xahiş etdi?
14 İyun 2022 12:09 SosialMillət vəkili Vüqar Bayramov Abşeron Rayonu, Sumqayıt şəhərinin yaxınlığında məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən Füzuli rayon 40 saylı orta məktəbi ziyarət edib təhsil müəssisəsinin qayğıları ilə maraqlanıb. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkilinin sözlərinə görə, məktəbin kollektivi Təhsil Nazirliyinin onlara xüsusi diqqətinin olduğunu bildirərək təhsil müəssisinin qayğıları ilə yaxından maraqlandıqlarını vurğuladılar. Bununla yanaşı, məktəb kollektivi iki məsələdə onlara dəstək olmalarını xahiş etdilər: "Əvvəlla, 9 illik təhsil müəssisəsi 5 otaqdan ibarətdir. Otaqların sayı siniflərin sayı ilə uyğun gəlmədiyi üçün otaqlar iki hissəyə bölünüb və sayı 10-a çatdırılıb. Məktəbin ən ciddi problemlərindən biri sinif otaqlarının sayının az olmasıdır. Məktəb əməkdaşları bildirdilər ki, qonşuluqda yerləşən Abşeron rayonu Aşağı Güzlək kənd 2 saylı orta məktəbdə boş sinif otaqları var və həmin əmlakdan istifadə etməklərinə dəstək olmağımızı xahiş etdilər. Eyni zamanda, məktəb 9 illik olduğu və Sumqayıt şəhərindən kənarda yerləşdiyi üçün bu təhsilin davamlığına təsir göstərir. Belə ki, 10 və 11-ci sinif şagirdləri təhsillərini başqa məktəblərdə davam etdirirlər və bu da məcburi köçkün ailələri üçün əlavə çətinliklər yaradır. Bu baxımdan, kollektiv məktəbə tam orta məktəb statusunun verilməsinə baxılmasını xahiş etdi.Ümid edirik ki, qeyd edilən məsələlərin daha qısa zamanda həlli ilə bağlı müvafiq dövlət qurumları məktəb kollektivinə dəstək olacaqlar".