Görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərilib
14 İyun 2022 12:09 SosialSosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində keçən il və cari ilin ötən dövründə görmə imkanı məhdud 60-dək şəxsə xidmətlər göstərilib. Agentlikdən "Olaylar"a bildirilib ki, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsi 4 mərtəbəli binadan ibarətdir. Burada üzgüçülük hovuzu, idman və akt zalları, yataq, tibb və reabilitasiya otaqları vardır.Şöbədə müvafiq kateqoriyadan olan 5-29 yaşlı şəxslər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar.Görmə imkanı məhdud şəxslər üçün həmçinin kompüter, xarici dil (ingilis, rus), Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq-davranış mədəniyyəti ilə bağlı təlimlər də təşkil olunur.Onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri, sosial-məsləhət yardımı da göstərilir.