Emin Əmrullayev vahid məktəbli formasına keçiddən DANIŞDI
14 İyun 2022 11:39 SosialVahid məktəbli formasına keçid tədricən olacaq.
Olaylar.az bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, məktəbli formaları ilə bağlı hər bir məktəb öz daxilində qərar verməlidir. Bu qərar verilərkən qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə edilməlidir.
"Şagirdlərin vahid və müxtəlif çalarları məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində müəyyən sosial bərabərsizliklərin aradan qaldırılmasına, davranış dəyişikliklərinə də öz təsirini göstərəcək", - deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31