DİN valideyn və məzunlara müraciət etdi

Daxili İşlər Nazirliyi "Son zəng" tədbiri ilə bağlı valideyn və məzunlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a verilən xəbərə görə, müraiciətdə deyilir:

"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31