Kürdəmirdə fermerlərə təlim keçirilib

Kürdəmir rayonunun Garıs-əyribənd kəndində yerləşən və nümunə üçün yaradılmış 10 ha taxıl sahəsində fermerlərə aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi və biçin vaxtı təhkükəsizlik qaydalarına əməl olunması mövzusunda növbəti təlim keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Kürdəmir Regional Təlim Mərkəzi, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi, yerli qurumların nümayəndələri, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri, taxılçılıqla məşğul olan fermerlər iştirak edib.

Kürdəmir Regional Təlim Mərkəzinin təlimçiləri tərəfindən keçirilən təlimdə fermerlərə əkin sahələrində zərərvericilərə qarşı mübarizənin aparılması və onların qarşısının vaxtında alınması istiqamətində zəruri tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsinin təyin edilməsi üsulları təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra təlim iştirakçıları tərəfindən nümayiş məqsədilə seçilmiş 10 ha payızlıq taxıl  sahəsinə baxış keçirilib. Təlimdə fermerlərə maarifləndirici bukletlər təqdim olunub, sualları cavablandırılıb və  geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, təlimlərin respublikanın digər rayonlarında mütəmadi keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31