Bağlanan yollar sabahdan açılır
13 İyun 2022 11:01 Sosial"Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, bağlanan yollarda hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq. "Olaylar" xəbər verir ki, bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumatda bildirilib.
Qeyd edək ki, 10-12 iyun tarixlərində baş tutan Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31