Yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib

200 saylı Məktəb Lisey Kompleksində   Yunus Oğuzla görüş  keçirilib.
Görüşü Məktəb Lisey Kompleksin  Azərbaycan dili və ədəbiyyat müəllimi Zümrüd İsmayılova giriş sözü ilə açıb.  O yazıçı Yunus Oğuza  dəvəti qəbul edib gəldiyi üçün  təşəkkür edib.
Daha sonra Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva yazıçıya təşəkkürlərini  və yazıçının məktəbdə olmağı ilə  qürur duyduğunu bildirib. Direktor vurğulayıb ki, uşaqlara ən lazım olan sey mütaliə bacarığının olmasıdır: "Əminəm ki, sizinlə görüşdən sonra şagirdlərdə daha çox mütaliə etmək həvəsi yaranacaq."
 Zümrüd İsmayılova Yunus Oguzun  həyat  və  yaradıcılığı haqqında    tədbir iştirakçılarına, şagirdlərə qısa məlumat verib.
 Daha sonra isə VII (a) sinif şagirdləri Qurbanlı Fidan, İsgəndərova Bəyaz, Abaszadə Əlirza və Bünyadov Məhəmməd yazıçının "Atabəy Eldəniz", "Nadir şah" tarixi romanlarından səhnəciklər təqdim ediblər.

Daha sonra "Keçmişdən gələcəyə nə daşıyarıq" adlı hissə keçirilib.
Burada tarixi, fəlsəfi düşüncələr səsləndirilib.
Görüşün  sonunda  Yunus Oğuz  məktəb sagirdlərinə, kollektivinə və görüş iştirakçılarına təşəkkürlərini bildirib.
 Görüşün davamında isə yazıçı şagirdlərlə sual cavab şəklində diskusiya keçirib. Şagirdlər yazıçıya oxuduqları tarixi  romanlardakı maraqlı məqamlardan sualllar verib. Məktəb şagirdləri ilə yanaşı müəllimələr də yazıçıya suallar ünvanlayıb. Yazıçı Yunus Oğuz hər bir sualı ətraflı şəkildə cavablandırıb.

Tədbirin sonunda  iştirakçılara yazıçının imzalı kitabları hədiyyə edilib və xatirə şəkli çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31