20 yaşlı qız özünü Kürə atdı
10 İyun 2022 13:57 SosialSabirabadda gənc qız intihara cəhd edib.
Hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.
20 yaşlı kənd sakini Minayə Gözəlova intihar etmək üçün özünü Kür çayına atıb. Hadisə ilə bağlı polisə məlumat verilib və polis əməkdaşları dərhal əraziyə gəliblər.
Onlar M.Gözəlovanı Kür çayından xilas edərək ailəsinə təhvil veriblər.
Gənc qızın hansı səbəbdən özünü öldürmək istəməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31