“Sputnik Azərbaycan”ın şef-redaktoru və həyat yoldaşı Azərbaycandan çıxarılır
10 İyun 2022 13:34 Sosial"Sputnik Azərbaycan" saytının şef-redaktoru və mətbuat mərkəzinin prodüserinin iş icazələrinin müddəti uzadılmayıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin "müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı"nda həmin şəxslərin adları qeyd edilib.
"Sputnik Azərbaycan" saytının şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı "Sputnik Azərbaycan"ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinə imtina qərarı iyunun 6-da verilib.
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov faktı APA-ya təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31