İİV-ə kimlər yoluxur?

İİV infeksiyası - insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. "Olaylar" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova bildirib. G.Cəfərova xəstəliyin yoluxma yollarını sadalayıb: "Cinsi yolla - İİV-ə yoluxmuş insanla homoseksual və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində; Parenteral yol - İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində;

İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı; İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində; İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində; Perinatal yoluxma - İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində baş verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31