“Son zəng” BU TARİXDƏ keçiriləcək
9 İyun 2022 14:21 SosialÜmumi təhsil müəssisələrində "Son zəng" tədbiri iyunun 14-də keçiriləcək.
Təhsil Nazirliyindən verilən xəbərə görə, "Son zəng" tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
"Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.
"Son zəng" müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Qeyd olunan məsələlər Təhsil Nazirliyinin müvafiq əmrində vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31