TBMM üzvü Bakı Atatürk Liseyində olub

Türkiyə Böyük Millət Məclisinin Bursa millət vəkili İsmail Tatlıoğlu Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olub. "OLAYLAR" Liseyə istinadən xəbər verir ki, İsmail Tatlıoğlu  Azərbaycandaki Türk Dünyası İqtisad Fakultəsinin (TUDİFAK) hazırkı dekanı professor doktor Mehmet Yüce ilə birlikdə Liseyə gəlib. O,  təhsil müəssisəsinin müəllim və şagird heyəti ilə görüşüb, liseydə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, İsmail Tatlıoğlu Azərbaycandaki Türk Dünyası İqtisad Fakultəsinin (TUDİFAK) keçmiş dekanlarından olub. TBMM üzvü bu günlərdə baş tutan Liseyin 30-cu məzuniyyət mərasimində də iştirak etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31