Naxçıvanda qadın sürücü yolu keçən piyadanı vurub öldürdü
8 İyun 2022 14:24 SosialNaxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31