Beynəlxalq Valyuta Fondundan qəribə tövsiyə: “Qiymət artımlarının qarşısını almayın”

Beynəlxalq Valyuta Fondu (BVF) maraqlı, amma bir o qədər də qəribə tövsiyə ilə çıxış edib.

BVF qlobal qiymət inkişafı ilə bağlı hesabat açıqlayıb. Qurum həmin hesabatında bildirilib ki, ölkələr daxili qiymətlərin yüksəlməsinə imkan verməli və aşağı gəlirli seqmentləri qorumalıdır. BVF "ölkələr "ən həssas təbəqələri qorumaq" və ən aşağı gəlirli qrupları dəstəkləmək əvəzinə, artan ərzaq və enerji qiymətlərinə nəzarət etmək cəhdlərini dayandırmalıdır" şəklində tövsiyə verib:

"Ölkələr daxili qiymətlərin beynəlxalq qiymətlərə uyğun olmasına imkan verməyə diqqət etməlidirlər. Yüksək enerji qiymətləri enerjidən daha səmərəli istifadəyə və bərpa olunan enerjiyə investisiyalara səbəb olur; yüksək ərzaq qiymətləri daha çox kənd təsərrüfatı istehsalını təşviq etməlidir. Buna görə də, xüsusilə ərzaq təhlükəsizliyinin narahatlıq doğurduğu yerlərdə, əsas ərzaq məhsullarına əlçatanlıq artırılmalıdır. Vergi güzəştləri və dövlət subsidiyaları əvəzinə aşağı gəlirli qruplara birbaşa pul köçürmələri və ya digər məqsədyönlü vasitələr verilməlidir".

Fond həmçinin bu təcrübənin qlobal ərzaq təhlükəsizliyinə zərər verə biləcəyini və "xüsusilə də qlobal bazarda əhəmiyyətli paya malik olan ölkələr tərəfindən həyata keçirilərsə, əlavə qiymət təzyiqi yarada biləcəyini" iddia edərək, ixrac məhdudiyyətləri tətbiq etməkdən çəkinməyə çağırıb.

Bloomberg

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31