DİN-dən sürücülərə müraciət

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "Formula 1" ilə bağlı sürücülərə müraciət edib. Qurumdan "Olaylar"a daxil olan müraciətdə deyilir: "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün "Formula 1 Azərbaycan Qran Pri" yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir". Bildirilib ki, qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31