Sökülən parklanma yerinin təşəbbüskarı: “Səhv eləmişəm” – VİDEO
7 İyun 2022 22:44 SosialXəbər verdiyimiz kimi, bu gün Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi baş verib və qeyri-qanuni parklanma yeri yaradılıb.
Məsələ mətbuatda işıqlandırıldıqdan sonra ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırığa uyğun olaraq dərhal qanunsuz parklanma yeri sökülüb və piyada səkisi əvvəlki vəziyyətə gətirilib.
Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bir müddət əvvəl Baku TV-yə parklanma ilə bağlı verdiyi açıqlamasını təkzib edib.
O jurnalistlərə açıqlaması zamanı belə bir təşəbbüs irəli sürmədiyini deyib. Jurnalistlərin "Bəs niyə o statusu yazmışdınız?" sualına isə "Ola bilsin, səhv etmişəm" deyə cavab verib.
Daha ətraflı Baku TV-nin süjetində: