Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada vaksinasiya qeydə alınmayıb.

Olaylar.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Qeyd olunub ki, bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 721 284, birinci doza peyvəndlərin ümumi sayı 5 347 501, ikinci doza vaksinlərin sayı 4 848 699 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 279 440, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 644 olub.

Azərbaycanda son sutkada vaksinasiya qeydə alınmayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31