Doğumu dövlət qeydiyyatına alınmayan uşaqların sayı
23 May 2022 14:19 SosialSon 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistika açıqlanıb. "OLaylar"ın məlumatına görə, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək" mövzusunda keçirilən ictimai müzakirədə bildirib ki, 2018-ci ilə 2167 belə hal olub, onlardan 2054-ü aşkarlanıb: "2019-cu ildə bu rəqəm 1980 olub, 1813-ü aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqların sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib. 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972-i uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937-i aşkar edilib". Nazirlik rəsmisinin sözlərinə görə, bu il mayın 1-ə qədər isə bu rəqəm 421-dir ki, onlardan 449-u aşkar edilərək qeydiyyata götürülüb: "Son 5 ildə isə 6852 bu cür hal olub, onlardan 6458-i qeydiyyata alınıb".