Qərargah rəisi "TEKNOFEST Azərbaycan"da nümayiş etdiriləcək texnikalara baxış keçirdi
23 May 2022 12:54 SosialMüdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi əraziyə baş çəkib.
O, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib.
General-polkovnik həmçinin "Bayraktar TB2" və "Akıncı" pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31