"Vicdanın təmiz, niyyətin təmizdirsə qorxma get" - Xoşqədəm Hidayətqızı

"İşlər o qədər çoxdur ki, vaxt çatdıra bilmirəm. Mənə təklif edilən pullardan imtina edirəm. Nə pullar təklif edilir ki, filankəsi çıxart efirə".

Olaylar.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, "Səni axtarıram" verilişinə görə dəfələrlə təhqir və şantaj edildiyini söyləyib:

"Etibarı itirməmək üçün heç bir təkliflə razılaşmıram. Çox zərbələr alıram, söyülürəm, şəxsiyətimə, əxlaqa toxunacaq qədər gediblər. Qorxmuram, çünki vicdanım təmizdir. Feyk hesablarla yazanlar, birləşib zərbələr vurmaq istəyənlər vecimə deyil. Vicdanın təmiz, niyyətin təmizdirsə qorxma get".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31