Meymun çiçəyinin dərmanı varmı? - AÇIQLAMA
21 May 2022 20:28 SosialAvropanın bir sıra ölkələrində halları aşkarlanmış "meymun çiçəyi" virusu təhlükəli xəstəlikdir və onun müalicəsi yoxdur.
Olaylar.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Lukaşev açıqlamasında bu virusun müalicəsindən danışıb.
"Virus kifayət qədər təhlükəlidir, halların təxminən 1 faizi ölümcül ola bilər, virusa qarşı dərman yoxdur", - o bildirib.
Eyni zamanda, Lukaşev qeyd edib ki, görünür, xəstəlik kifayət qədər ləng yayılır, ona görə də lazım gələrsə, ona nəzarət etmək koronavirusdan daha asan olacaq.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31