Toylara icazənin verilməsi qızılın bahalaşmasına səbəb ola bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

"Toylara icazənin verilməsi satışlara təsir edəcək, amma pandemiyadan əvvəlki dövr kimi olmayacaq. Çünki insanların maddi sıxıntıları var. Əvəllər rahatlıqla 5-10 min civarında qızıl alışına xərcləyirdilərsə, artıq bu məbləğ iki dəfə aşağı düşəcək. Qızılın qiymətinə gəldikdə isə, bahalaşma hələ ki, gözlənilmir. Qızıl və neftin qiymətləri dünya birjasında tənzimlənir. Ona görə də daxili bazarda süni artım olmazsa, qızılın bahalaşması gözlənilən deyil". sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31