Dövlət Məşğulluq Agentliyindən yeni layihə

Vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə Dövlət Məşğulluq Agentliyi rəsmi saytında "İdeya qutusu" bölməsini istifadəyə verib.

Bu barədə məlumat "OLAYLAR"-a Agentlikdən daxil olub.

Bildirilib ki, Agentliyin işində vətəndaş iştirakçılığının artırılması məqsədilə ideyalar iki istiqamətdə qəbul ediləcək. İstiqamətlərdən biri Agentliyin işinin optimallaşdırılması məqsədilə yeni xidmətlərin təklifi və ya mövcud xidmətlərin təkmilləşdirilməsi üçün ideyaların toplanmasıdır. Müraciət formasında bu istiqaməti seçərək ölkəmizdə məşğulluq xidmətlərindən istifadə zamanı görmək istədiyiniz dəyişiklik təkliflərini qeyd edə bilərsiniz.

Digər istiqamət isə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə layihə təkliflərinin qəbul edilməsidir. Bu istiqaməti seçərək, ölkəmizdə əhalinin məşğulluq səviyyəsinin artırılması üçün layihə təkliflərinizi Agentliyə təqdim edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31