Baş Prokurorluqdan yanğın xəbərdarlığı
6 İyul 2021 12:56 SosialÖlkə ərazisində yanğın hadisələrinin sayı artmaqdadır. Bu barədə Baş Prokuroqludan "Olaylar"a bildirilib ki, istehsalatda, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, elektrik, qaz cihazı, qurğuları və sobalarının quraşdırılması və istismarı qaydalarının pozulması, müəyyən edilmiş standartlara cavab verməyən elektrik xətlərinin quraşdırılması və istismarı baş vermiş hadisələrin əsas səbəblərindəndir.Elektrik təchizatına məsul şəxslərdən bu sahədə norma və qaydalara riayət edilməsi tələb olunur.Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31