Regional Rabitə Birliyinin 30 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərmarka" MMC Regional Rabitə Birliyinin (RRB) 30 illiyi münasibətilə poçt markası buraxıb.

"OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, markanın üzərində 30 rəqəmi ilə RBB-nin loqosu təsvir olunub.

Belarusun Bobruysk şəhərində 10 min tirajla çap olunan markanın müəllifi "Azərmarka"nın baş rəssamı Vüqar Əyyubovdur.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31