Nəsimi rayonunda sosial aksiya keçirilib

20 Yanvar faciəsinin otuzbirinci ildönümü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı və rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları tərəfindən rayonda yaşayan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən Vətən Müharibəsi Şəhidlərinin və 20 Yanvar Şəhidlərinin ailələri, həmçinin faciə zamanı  əlil olmuş rayon sakinləri ziyarət olunub. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov görüşlər zamanı qeyd etmişdir ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyasının ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir.

Bildirlmişdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Görüşlərdə Şəhid ailələri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Aksiya zamanı Şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31