Komitəyə 328 müraciət daxil olub

Milli Məclisin Elm və təhsil komitəsi 2020-ci ilin payız sessiyası ərzində 13 iclası keçirib, 26 məsələ müzakirə  edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib. Komitə sədri qeyd edib ki, "Təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil haqqında", "Bədən tərbiyəsi və idman haqqında"  və digər vacib  sənədlərdə  edilən mühüm  dəyişikliklər qanunvericiliyin möhkəmləndirilməsində, sözügedən sahələrdə mövcud olan boşluqların aradan  qaldırılmasında  mühüm rol oynayıb. Bəxtiyar Əliyev hesabat dövründə vətəndaşlardan komitəyə 328 ərizə, məktub və müraciətin daxil olduğunu  bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31