Bakı-Sumqayıt-Abşeron istiqamətində keçən il 150 avtobus istismar olunub
18 Yanvar 2021 15:10 Sosial2020-ci il ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib. Ümumilikdə il ərzində qeyd edilən istiqamətdə 8235000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1566000, Bakı-Abşeron istiqamətində 3402000, Sumqayıt-Abşeron istiqamətində 3267000 sərnişin daşınıb.
Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31