Bir məkan var..Sakinləri uyuyur,sakit-sakit uyuyur
18 Yanvar 2021 15:07 SosialBir məkan var..Sakinləri uyuyur,sakit-sakit uyuyur.
Bir məkan var illərdir and yeri,dərd yeri ,ocaq yeri,aliv yeri,od yeri...
O yerdə zaman durub,sakinləri qocalmır,İlqar ,Larisa,Vera hələ məktəblidirlər.Ülvi ,Elçin tələbə qalıb,diplomsuz həkim,müəllim olublar .İlham Fərizəsi ilə körpələrini ağuşlarına alıb bir ailə olublar,bitməyən sevgini nağıl,dastan ediblər.
O yerə getmək üçün dünyaya mələk gəlmək lazımmış ki,o yerin sakinləri də dünyaya mələk gəlib o yerdə şəhid kimi məkan qurublar.
O yerin əvvəlki sakinləri yenilərə qucaq açıblar,əl-ələ verib ev qurublar,vətən içində Vətən olublar.
1990 ...20 Yanvar...O gündən bir yol var ora igidlərin ,ərənlərin yolu...uzun bir sevda yolu..Bitməyən yol..
30 ildən sonra o yol Qarabağdan kecdi.Qarabağla başlayan yol,Qarabağla qələbəyə yol aldı...
O yer bir-bir oğullarına qucaq açdı..
Çənnətə döndü o yer.Şəhid cənnətinə,oğul cənnətinə,Vətən cənnətinə.Qərənfil yağışına Xarı bülbül qoşuldu.bir olub əsgər cəkmələrində bitdilər,anaların göz yaşı ilə sulandılar,körpələrin ata həsrəti ilə nəfəs aldılar,gəlinlərin kədəri ilə böyüdülər..
O yer cənnətə döndü Şəhidlərin cənnəti..Onlardan Azərbaycana qalan cənnət..
And yerimiz,əhd yerimiz,Vətən yerimiz..
Əzizinəm,el yeri.
Oğul yeri,qız yeri,
Vətən görmək istəsən.
Şəhidlər cənnət yeri..
O yerdən addım-addım addımlayan Vətən o yerdən də genişlənir,ərazisini bütövləşdirir,igidləşir,həm gəncləşir,həm qocalır.Düşmənə göz dağı,qədim Türk elinə nur qapısı,yar qapısı,dost olur.
Vətən Anka quşudur,daima yenidən doğar,yenidən doğular.alınmaz qalasını düşməndən qoruyar.
Sevgili Vətən,səndə ölmək də,olmaq da gözəl,ölüb yenidən doğulmaq da gözəl.....
Aytən Hüseynova