Evləri qarət edən şəxs ələ keçib
18 Yanvar 2021 14:27 SosialOğurluqda şübhəli bilinən Saray qəsəbə sakini T.Qəmbərov saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8515 manat pul, 12.655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31