Ədəbiyyat İnstitutunda Nizami və Nəvai ilinə həsr edilmiş görüş keçirilib
18 Yanvar 2021 13:03 SosialAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan səfirliyinin əməkdaşları ilə Nizami və Nəvai ilinə həsr edilmiş görüş keçirilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar olaraq tədbirlər planının hazırlanmasına dair belə bir görüşün vacib olduğunu vurğulayıb. İki qardaş ölkə arasında ədəbi əlaqələrə töhfə olaraq 2020-ci ildə İnstitutun "Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 44 məqalədən ibarət xüsusi buraxılışının nəşr olunduğunu xatırladıb.
GörüşdəÖzəkistan səfirliyinin birinci katibi Bəhram Qailov və səfirliyin ateşesi Aybek Əkrəmov, İnstitutunAzərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru AlmazBinnətova, həmin şöbənin kuratoru,sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, institutun elmi katibi, filologiyaüzrə fəlsəfə doktoru Mehman Həsənli iştirak edib.
Çıxış edənlər həm Nizami Gəncəvinin, həm Əlişir Nəvainin ümumtürk ədəbiyyatındakı xüsusi mövqeyindən söz açıblar. Bu səbəbdən də onların təntənəli yubileylərinin keçirilməsinin önəmindən danışıblar. Azərbaycan və Özbəkistan elmi ictimaiyyəti tərəfindən konfransların təşkil edilməsini bu yubileylərə elmi dəstək kimi qiymətləndiriblər. Müzakirələrin nəticəsi olaraq fevral ayında "Nizami və Nəvai: ənənə və novatorluq" mövzusunda konfransın təşkil edilməsi qərarı alınıb.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi