Qanunsuz ov edənlər saxlanıbılar
18 Yanvar 2021 12:30 SosialHacıqabul rayonunda qanunusuz ov edən şəxslərdən silah götürülüb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 16-da rayonun Muğan qəsəbəsi ərazisində Şirvan şəhər sakinləri - R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunusuz ov etdikləri üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. R.Babayevdən "Kral Arms", A.Əhmədzadədən isə "Churchill" markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31