Sahibə Qafarova komitə sədrləri ilə görüşəcək

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb. "Olaylar" xəbər verir ki, bu gün Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin komitə sədrləri ilə görüş keçirəcək. Görüşdə parlamentin yaz sessiyası zamanı görüləcək işlər və İşlər planına daxil olan məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31