Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
16 Yanvar 2021 15:01 SosialBakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.
Olaylar.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, bu rəqəm Binəqədidə 15% təşkil edir.
Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,2%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,8%-lə Xəzər, 5,4%-lə Qaradağ, 5%-lə Səbail, 0,5%-lə isə Pirallahı qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31