Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
16 Yanvar 2021 11:03 SosialBakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.
Olaylar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31