Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
15 Yanvar 2021 16:00 SosialDistant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlər var. Həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq.
Olaylar.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda keçirilən onlayn tədbirdə deyib.
O bildirib ki, distant dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır:
"Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçikilər və qeydiyyatlar zamanı bu amil nəzərdə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31