Yaşı 100-ü ötən pensiyaçıların sayı açıqlandı

Bu gün ölkəmizdə yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mdsmf) mətbuat katibi Rəşad Mehdili məlumat verib.

O qeyd edib ki, pensiyaçıların 27 nəfəri kişi, 373 nəfəri isə qadındır: "Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır. Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31