Nazirlər Kabineti Azərbaycanda insanların vaksinasiya olunacağı vaxtı açıqladı

"Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə yoluxmaların sayında artım müşahidə edilirdi".

APA   xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaza müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan artıq pandemiya ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.

"Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq", - deyə İ. Məmmədov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31