Türkiyədə "WhatsApp"la bağlı qərar verildi
15 Yanvar 2021 13:24 Sosial"WhatsApp" son istifadəçi qaydaları ilə bağlı Türkiyə istifadəçilərinə xəbərdarlıq göndərəcək.
Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir. Bugündən hər bir "Whatsapp" istifadəçisinin telefonuna "WhatsApp" və "Facebook"un istifadəçi mesajlarını görmədiyi ilə bağlı xəbərdarlıq göndəriləcək.
Eyni zamanda "Məxfiliyinizi qorumağa qərarlıyıq. Şəxsi söhbətləriniz şifrələndiyindən "WhatsApp" onları oxuya və dinləyə bilmir, paylaşdığınız yeri görə bilmir. "WhatsApp" əlaqələrinizi "Facebook" ilə paylaşmır" mesajını da istifadəçilərinə çatdırıb.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31