Deputatların tətili bitdi
15 Yanvar 2021 13:08 SosialMilli Məclisin deputatları yanvarın 15-dən tətildən qayıdırlar. "Olaylar" xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Əsasən komitələrdə işə başlayan deputatların yaz sessiyası üçün qanunvericilik iş planını təsdiq edirlər. Məlumata görə, MM-in komitələri gələn həftədən işə başlayacaqlar.
Qeyd edək ki, Parlamentin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu il fevralın 1-i bazar ertəsinə düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31