Komitə sədrinin müavini onlayn qəbul keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 22 yanvar 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək. Komitədən "Olaylar"a bildirilib ki, onlayn qəbul Goranboy  Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Naftalan, Tərtər rayonlarından olan  vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.Əlavə suallar yarandıqda Goranboy  Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 245 30 13 ) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31