Mehriban Əliyeva Füzulinin işğaldan azad olunan Qaraxanbəyli kəndindən paylaşım edib
15 Yanvar 2021 11:37 SosialAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan Şuşa şəhərinə səfərləri ilə bağlı növbəti paylaşım edib.
Olayıar.az xəbər verir ki, paylaşımdakı görüntülər işğaldan azad olunan Füzuli rayonunun Qaraxanbəyli kəndində çəkilib.
"Qaraxanbəyli kəndi. Ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi", - Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan Şuşa şəhərinə səfərə yola düşüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31