Müharibədə 4 nəzarətçi-müəllim şəhid olub - DİM

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il 50 nəzarətçi-müəllim DİM-in imtahanlarında iştirak etdikdən sonda sentyabrda başlayan müharibədə iştirak edib. Onların 4-ü şəhid olub.

Məleykə Abbaszadə qeyd edib ki, bu il 38 nəfər nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi tərəfindən fəxri fərmanla təltif edilib. Ümumilikdə 12 ildə təltif edilən müəllimlərin sayı 363 nəfər olub.  Bundan başqa sədr DİM-in bazasında 15 mindən çox nəzarətçi-müəllim barədə məlumatın olduğunu deyib:
"2008-ci ildən başlayaraq, nəzarətçi müəllimlərin işlərini qiymətləndiririk. 10 ildən çox bizimlə əməkdaşlıq edən, təyin edildyi zallarda köçürmə halına yol verməyən, imtahan protokolunda qeyri-kafi qiymət almayan və s. kriteriyalara uyğun olan nəzarətçilər mükafatlandırılır. Fəxri fərman alan müəllimlər isə daha ciddi kriterilayaralr əsasında seçilir".

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31