Dünya bəladan qurtulur – Pandemiyaya qarşı tarixi addım BU GÜN ATILACAQ

2020-ci ildə bəşəriyyətin bəlasına çevrilmiş COVID-19 infeksiyasına qarşı İngiltərədə tarixi addım atılıb.

Olaylar.az xəbər verir ki, İngiltərə bugün koronavirusa qarşı yeni effektiv silahını- peyvəndi təqdim edir. Hazırlanan peyvend ilk olaraq 90 yaşlı bir qadına vurulub. Tarixi hadisə televiziyadan canlı olaraq yayımlanıb.

"Pfizer-BioNTech" adlı peyvənd yenidir və ilk olaraq Marqaret Kinan adlı 90 yaşlı təqaüdçü qadına vurulub.

Tibb işçilərinin normal həyata dönüş adlandırdığı peyvəndin milyonlarla insanın həyatını qurtaracağı qeyd edilib.

İngiltərə Səhiyyə Naziri Mett Henkok peyvendin hazırlanmasını və tətbiqini "dünyada tarixi gün" adlandırıb.

Səhiyyə naziri ilkin mərhələdə ölkədəki 50 xəstəxanada peyvəndlənmə prosedurunun həyata keçiriləcəyini də sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31