Fətullah Gülənlə əlaqələrinə görə 304 hərbçi həbs edildi

İzmir prokurorluğu Fətullah Gülənlə əlaqələrinin olduğu düşünülən 295 fəal, o cümlədən 304 hərbçinin həbsinə dair qərar verib.

Olaylar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ümumilikdə, əməliyyatın Türkiyənin 50 vilayətində aparıldığı, 198 nəfərin nəzarətə alındığı bildirilir.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti "Fəth" (Fətullahçı Terror Təşkilatı) adlandırdığı Gülənin təşkilatını 2016-cı ilin iyulunda ölkədəki çevriliş cəhdində iştirak etməkdə günahlandırır. Sözügedən cəhddən sonra 80 mindən çox insan həbs olunub və hərbçilər də daxil olmaqla təxminən 150 min dövlət qulluqçusu işdən çıxarılıb.

Amerika Birləşmiş Ştatlarında yaşayan Fətullah Gülən isə çevriliş cəhdini qınayıb və ittihamları təkzib edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31