Cahangir Məmmədli Təhsil Nazirliyi və DİM-ə müraciət etdi
7 Dekabr 2020 23:00 SosialBakı Dövlər Universitetinin Yeni Media və Kommunikasiya Nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə müraciət edib.Olaylar.az-a daxil olan müraciətdə deyilir ki, Azərbaycanın müqəddəs Vətən müharibəsindəki şanlı qələbəsi ordumuzun zabit və əsgərləri hesabına başa gəldi: "Biz bu müqəddəs qələbəyə görə müqəddəs şəhidlərimizə, qazilərimizə, sıravi əsgərlərimizə borcluyuq. Prezidentimiz başda olmaqla qalib dövlətimiz şəhid ailələrinə, qazilərə, əsgərlərə sonsuz qayğılar göstərməkdədir. Mən də bir universitet müəllimi kimi təklif edirəm ki, ali təhsil müəssisələrinə qəbul zamanı şəhid, qazi, sıravi döyüşçü ailələrindən olan abituriyentlərə müvafiq olaraq 100, 70, 50 bal miqdarında əvvəlcədən güzəşt meyarı müəyyən edilsin. Onu da deməliyəm ki, bu cür abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində professor müəllim heyəti artıq zəhmət sərf edib onların daha yaxşı oxumasına, yaxşı mütəxəssis kimi yetişməsinə yardımçı olacaqlar. Şəhidlərə olan borcumuzu biz həm də o cür yerinə yetirəcəyik"