Şəkidə xeyriyyə aksiyası davam etdirilir
7 Dekabr 2020 14:55 SosialAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ikinci yardım aksiyası olaraq Şəki şəhəri və rayonu əhatə edən bütün şəhid ailələrinin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılması davam etdirilməkdədir. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Ramil Həsənin sözlərinə görə, dövlətimiz tərəfindən I və II Qarabağ müharibəsində iştirak edən, həmçinin ərazi bütövlüyümüzün təmin edilməsində canlarını fəda etmiş Vətən oğullarına və onların ailə üzvlərinə hər zaman qayğı və dəstək göstərilir və göstərilməkdədir: "Görülən işlərə dəstək olaraq xeyirxah iş adamları bu missiyaya qoşularaq dövlətin yanında olmaqdadır. Bu tarixi prosesdə ehtiyacı olan şəhid ailələrinə, qazilərə bundan sonrakı dəstəyin daha da genişlənərək davam etdirilməsi nəzərdə tutulmuşdur. Fürsətdən istifadə edərək təşəbbüsümüzə dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında hər tərəfli şərait yaradan, ev sahibliyi edən Şəki şəhərindən Milli Məclisin deputatı hörmətli Vüqar İsgəndərova və Şəki şəhər İcra Hakimiyyətinə xüsusi təşəkkürümüzü bildiririk".