Sumqayıtda qanunsuz fəaliyyət göstərən tədris müəssisəsi aşkar edilib

Sumqayıt şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkar edilib. DİN-dən "Olaylar"a bildirilib ki,    Sumqayıt şəhərində Operativ Qərərgahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus "Lider" hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.  Obyektə baxış zamanı şagirlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb olunduqları məlum olub. Görülən tədbirlər nəticəsində kursun direktoru T. Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması)  maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31