FHN köməksiz qalan sürücü və sərnişinləri xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonu, Əmirvar kəndi yaxınlığında içərisində 3 nəfərin olduğu "Land Rover" markalı avtomobilin sürüşərək yolun yamac hissəsinə düşməsi və aşma təhlükəsi vəziyyətində olması barədə məlumat daxil olub. FHN-dən "Olaylar"a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qəzanın baş verdiyi əraziyə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində avtomobil yamacdan çıxarılıb, köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31