Cəlilabad İcra Hakimiyyətində əməliyyat: İcra başçısı rüşvət alarkən həbs edildi

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Bu haqda məlumatı Sabah.az yayıb. Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.

Olaylar.az-ın məlumatına görə isə Cəlilabad RİH-dəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilir. Təfərrüatları yaxın zamanda təqdim etməyə çalışacağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31